Haqqımızda

Biz Kimik?

“CELA MMC” (Cəmləşdirilmiş Elektronik Lift Avadanlıqları) – Azərbaycan ərazisində lift avadanlıqlarını təchiz edən şirkətlərdən biridir. Şirkətin mütəxəssisləri 2004-cü ildən başladıqları xidmət fəaliyyətini 2021-ci ildən etibarən “CELA MMC” şirkəti adı altında davam etdirməyə başlayıblar. Biz sərnişin, panoramlı, yük, inşaat platformaları, mətbəx, xəstəxana, qaraj liftlərini, eskalatorları və başqa müxtəlif şaquli nəqliyyat avadanlıqlarının təchizatını, təmirini və texniki xidmət göstərilməsini həyata keçiririk.

Company Image
Company Image

Heyyətimiz Türkiyə, Çin, Rusiya və Ukrayna istehsalı olan liftlərin quraşdırılmasında və texniki xidmətin göstərilməsində geniş təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. Quraşdırmanın və xidmətin bütün dövrü boyunca “CELA MMC” avadanlıqla bağlı suallar halında hərtərəfli və operativ dəstək göstərir. Şirkətimiz tərəfindən xidmət göstərilən bütün avadanlıqlara və görülən işlərə tam zəmanət verilir. Şirkətimiz yüksək keyfiyyətli məhsullar və müasir texnologiyalardan istifadə edərək müştərilərinə xidmət göstərir. Bizim məqsədimiz müştərilərimizin tələblərinə uyğun ən yaxşı həllər təklif etməkdir.

Dəyərlərimiz

Keyfiyyət

Bizim əsas prinsiplərimizdən biri keyfiyyətli məhsullar təqdim etməkdir.

Əməkdaşlıq

Müştərilərimizlə qarşılıqlı inam və əməkdaşlıq yaratmaq bizim əsas məqsədimizdir.

İnnovasiya

Yeniliklərə açıq olmaq və müasir texnologiyalardan istifadə etmək bizim iş prinsipimizdir.